Haluk Levent reanimasiyaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Haluk Levent reanimasiyaya yerləşdirildi

Şou

20 May 2026 21:50 118


Türkiyəli məşhur müğənni Haluk Levent konsertdən sonra yolda qəflətən halı pisləşdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, tanınmış sənətçi Eskişehirdəki konsert proqramından sonra AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) rəsmiləri ilə görüşə gedərkən yolda özünü pis hiss edib. O, dərhal Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Marqarita pizza

Xəstəxanada aparılan ilkin tibbi müayinələrdən sonra sənətçinin mədə qanaması keçirdiyi müəyyən olunub.

Vəziyyəti ciddi qiymətləndirilən Haluk Levent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda onun reanimasiyadakı müalicəsini intensiv şəkildə davam etdirdiklərini və vəziyyətinin nəzarət altında olduğunu bildirirlər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!