Ağdaş rayonunda gənc əsgərin qəfil ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hərbi xidmətdən doğma kəndinə məzuniyyətə gələn gənc dünyasını dəyişib.
“Yeni Sabah” Nocomment.az-a istinadla bildirir ki, hadisə Ağdaşın Şəmsabad kəndində qeydə alınıb. Kənd sakini, 18 yaşlı əsgər Rəsulov Firudin Zülfüqar oğlu xidmət etdiyi hərbi hissədən ailəsinə baş çəkmək üçün bir neçə günlük məzuniyyətə gəlibmiş.
Onun ölümünün dəqiq səbəbləri hələlik tam məlum deyil. Gənc əsgərin nəşi müayinə olunmaq üçün aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib. pizza mizza
Telegram kanalımız