Azərbaycanda daha 2 nəfər qarayaraya yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 2 nəfər qarayaraya yoluxdu

Sağlamlıq

09 Sentyabr 2019 14:00 1090


Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

Səhiyyə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

Qeyd olunub ki, hazırda xəstəxananın İnfeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.  Pepperoni pizza

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.

Xatırladaq ki, cari ilin iyul ayında da Sabirabad rayonunda 2 nəfər bu xəstəliyə yoluxmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!