Azərbaycanda daha 558 nəfər koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 558 nəfər koronavirusa yoluxdu

Sağlamlıq

12 May 2021 17:38 1259


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 328159 nəfər koronavirus infeksiyasına yoluxub. Sezar pizza

Onlardan 309771 nəfər müalicə olunaraq sağalıb, 4726 nəfər vəfat edib, aktiv xəstə sayı 13662 nəfərdir.

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 7155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!