Azərbaycanda daha altı nəfərdə koronavirus tapıldı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha altı nəfərdə koronavirus tapıldı - RƏSMİ

Sağlamlıq

17 Mart 2020 21:13 1054


Azərbaycanda altı yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahdan "Yeni Sabah"a məlumat daxil olub.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. Sezar pizza

Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!