Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub. pizza hut
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /report.az
Telegram kanalımız