Azərbaycanda daha iki bank bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha iki bank bağlanır

İqtisadiyyat

12 Fevral 2019 15:33 3476


Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. 

Maliyyə bazarlarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır. Hər iki bankın adı sayta məlum olsa da, müştərilər arasında yarana biləcək ajiotajı nəzərə alaraq, adları açıqlanmayıb. 

İqtisadçı Natiq Cəfərli bankların bağlanmaq təhülkəsinin yaranmasının səbəbini 2015-ci il devalvasiya ilə əlaqələndirib. “İki yol var idi: ya bank təsisçiləri öz vəsaitləri hesabına kapitallaşmanı artırmalı idilər, ya da Mərkəzi Bank ən azından uçot dərəcəsi səviyyəsində aşağı faizli kreditlər təklif etməli idi. Hər ikisi olmadı deyə, bəzi zəif banklar, kapitallaşma problemini həll edə bilmədilər. Problemli kreditlərin həcmi də həmin banklarda digərlərinə nisbətən daha yüksəkdir. Bu nəticəyə gəlmək olar ki, bu iki bankın timsalında daha bir neçə çürük bank bazarı tərk etmək məcburiyyətində qalacaq. Necə ki, bir neçə il əvvəl 10 bankın ard-arda bağlanmasının şahidi olduq. Bu il ərzində yuxarıda sadaladığım səbəblərdən iki və daha çox bankın bağlanması ehtimalı çox yüksəkdir”. Dördpendirli pizza

N.Cəfərlinin sözlərinə görə, hazırda təhlükə ilə üz-üzə qalan iki bankda da maliyyə resursları tükənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!