Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.
“Yeni Sabah” xəbər verir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan 4 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (unikal.org)
Reportun xəbərinə görə, qəza zamanı ölənlər Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız