Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.
"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.
Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, azı 6 nəfər xəsarət alıb. pizza
Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.
Telegram kanalımız