Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq - RƏSMİ

Avto

15 Fevral 2023 16:59 19342


Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.

“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir: Sezar pizza

“Orada bir neçə istiqamət nəzərdə tutulub. Onlardan biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır.

Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü, misal üçün sıxılmış təbii qaz ilə işləyən) istifadənin stimullaşdırılması atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması baxımından yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!