Azərbaycanda dörd nəfərə yüksək   VƏZİFƏ VERİLDİ - ADLAR + FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR + FOTO

Siyasət

16 Aprel 2026 20:34 3523


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin olunublar. pizza

E.Əliyev bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə, yəni Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsinə isə buna qədər həmin departamentin müdir müavini olan İlkin Rafayıl oğlu Tahirov təyinat alıb.

Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!