“Azərbaycanda dördüncü dalğa olmayacaq” - Həkimdən mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda dördüncü dalğa olmayacaq” - Həkimdən mühüm açıqlama

Sağlamlıq

29 İyun 2021 19:51 1817


Bir çoxları pandemiyada dördüncü dalğanın olacağı ilə bağlı xəbərdarlıq edilər. Heç bir dördüncü dalğa olmayacaq. Belə məlumatlarla insanları stressə salmayın.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda pandemiyanın dördüncü dalğası gözlənilmir: Dördpendirli pizza

“Azərbaycanda cəmi bir epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda isə artıb. Bu dalğa deyil. Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma sayı artıb-azalsın. Dördüncü dalğa proqnozu verənlər biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stressə salmaq olmaz. Bu, ciddi fəsadlar yarada bilər. Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!