“Belkommunmaş Holding İdarəetmə Şirkəti” ASC və Gəncə Avtomobil Zavodu Azərbaycanda elektrik avtobusların birgə istehsalı imkanını araşdırır.
“Yeni Sabah” xəbər verir ki, bu gün Belarusun Baş nazirinin müavini Mixail Rusıy ilə Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə birgə istehsal məsələsi müzakirə olunub.
Mixail Rusıy, Belarusun həm Gəncə, həm də ümumilikdə Azərbaycanla əlaqələrinin inkişafında böyük perspektivlərin olduğunu qeyd edib. pizza hut
İki ölkə həmçinin Türkiyədə traktor istehsalının qurulması üzərində çalışır.
Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri zamanı Niyazi Bayramov “Belkommunmaş” zavodunda olacaq.
Telegram kanalımız