Azərbaycanda elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi - RƏSMİ

Rəsmi

30 Dekabr 2024 19:28 2641


Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, 200 kVt-dan yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları və müvafiq sənədləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməlidir. Sezar pizza

Həmçinin bundan sonra 150 kVt-dan deyil, 200 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!