Azərbaycanda ən çox hansı nəqliyyatdan istifadə olunur?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən çox hansı nəqliyyatdan istifadə olunur?

Avto

07 İyul 2019 07:07 1400


2019-cu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 791,1 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 87,3 faizi avtomobil, 12,5 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 690,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artım qeydə alınıb. pizza hut

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9 faiz azalaraq 98,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 856,2 min və ya 3,4 faiz çox sərnişin daşınıb.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!