Azərbaycanda ən populyar avtomobillər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən populyar avtomobillər

Avto

09 Oktyabr 2019 17:22 1696


Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub.

"Yeni Sabah" xəbər verir ki, bunu "Trend.az"a "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib: Dominos pizza

"Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".

Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil "Range Rover" avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq "Moskviç" avtomobilidir.

O əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycanda avtomobillərin orta qiyməti 50 975 manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!