Azərbaycanda ev uçdu:   Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ev uçdu: Ölən və yaralananlar var

Hadisə

07 Sentyabr 2025 15:04 4830


Gəncə şəhərində ev tikintisi zamanı uçqun baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Tikinti zamanı baş verən uçqun nəticəsində 1985-ci il təvəllüdlü usta T.Kərimov dağıntılar altında qalaraq həyatını itirib. Pepperoni pizza

İlkin məlumata görə, üç nəfər dağıntılar altından xilas edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!