Azərbaycanda evə basqın edildi,  ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda evə basqın edildi,  ölən və yaralanan var

Kriminal

24 İyun 2024 09:25 6941


Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

"Report"un Şimal bürosunun məlumatına görə, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Pepperoni pizza

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!