“Facebook” və “Instagram” sosial şəbəkələrinin normal fəaliyyəti bərpa olunub.
Yenisabah.az xəbər verir ki, hazırda sosial şəbəkələrə daxil olmaq mümkündür.
Qeyd edək ki, “Facebook”və “Instagram” yaranan problemə görə istifadəçilər öz profillərinə giriş edə bilmirdilər. pizza hut
***
“Facebook”və “Instagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Telegram kanalımız