Azərbaycanda fantastik qiymətə maşın nömrələri -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda fantastik qiymətə maşın nömrələri - VİDEO

Avto

18 Sentyabr 2024 10:54 7507


Azərbaycanda 47, 53, 65, hətta 100 min manata avtomobil nömrələri satılır.

“Yeni Sabah” Xezerxeber.az-a istinad, Bakıda avtomobil bazarında avtomobil qeydiyyat nişanı qiymətləri müxtəlif rəqəmlərlə alıcılara təqdim olunur.

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Rövşən Həsənov deyir ki, avtomobil qeydiyyat nişanlarının alqı-satqısı mümkün deyil və əslində bu prosedurun adı qeydiyyat nişanlarının bir adamın adından başqa adamın adına rəsmiləşdirilməsidir. pizza hut

Ekspert bildirir ki, nəqliyyat vasitəsinə məxsus dövlət nömrə nişanının alqı-satqısı yalnız Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirdi ki, bu cür elanlar tamamilə qanuna ziddir.

Hüquqşünaslar isə deyirlər ki, avtomobil nömrələrinin bu şəkildə satılması qanunazidd olsa da, qanunvericilikdə bununla bağlı hansısa cəza və ya inzibati tənbeh tədbirləri nəzərdə tutulmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!