Azərbaycanda futbol oyunu qanla sona çatdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda futbol oyunu qanla sona çatdı

Kriminal

08 Fevral 2019 12:23 1146


Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Dünən axşam saatlarında Alar kəndində, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ata və oğul öz həmkəndliləri tərəfindən bıçaqlanıblar. Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər. pizza

Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!