Azərbaycanda futbolçu dəhşətli qəzada öldü -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - Foto

İdman

12 May 2019 14:01 1209


Mayın 8-də Ucar rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən gənc oğlanla bağlı bəzi məqamlar üzə çıxıb.

Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşınının toqquşması nəticəsində dünyasını dəyişən Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov futbolçu olub. Həm də ticarətlə məşğul olan Ceyhun futbolçu kimi müxtəlif yarışlarda iştirak edib.

Bir müddət əvvəl Məşhəd ziyarətində olmuş 30 yaşlı Ceyhun Haşımov doğulduğu Maştağa qəsəbəsində dəfn edilib. pizza mizza

Qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbə sakini Ceyhun Haşımov hadisə yerində keçinib.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!