Azərbaycanda gənc qızları maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gənc qızları maşın vurdu

Hadisə

24 Sentyabr 2019 21:18 1335


Qazax rayonunda iki piyadanı avtomobil vurub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kənd ərazisində qeydə alınıb. 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Tamaşa Əli qızı Məmmədovanı və onun həmyaşıdı Gülnur Məqsəd qızı Mirzəliyevanı "Tofaş" markalı avtomobil vurub. Xəsarət alan hər iki piyada Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.  Toyuqlu pizza

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!