Qaxda kişi meyiti tapılıb.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, meyit rayonun Lələli kənd ərazisindəki göldə aşkar edilib.
Meyitin Şəki rayonu Küngüt kənd sakini 32 yaşlı Asiman Məmmədova aid olması məlum olub. pizza
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız