Azərbaycanda gömrüklə bağlı YENİLİK: Bu ilin sonuna kimi...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gömrüklə bağlı YENİLİK: Bu ilin sonuna kimi...

İqtisadiyyat

09 Aprel 2026 10:03 799


Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.

Bu işlərin cari ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır. Toyuqlu pizza

Bundan əlavə, gömrük məqsədləri baxımından beynəlxalq yükdaşımalar üzrə əvvəlcədən məlumatlandırma sisteminin yaradılması istiqamətində normativ hüquqi bazanın təkmilləşdirilməsi də gündəmdədir. Bu istiqamətdəki fəaliyyətlər Dövlət Gömrük Komitəsi ilə bərabər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən reallaşdırılacaq.

Paralel olaraq, səlahiyyətli iqtisadi operator statusunun həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi akt layihələrinin hazırlanması da nəzərdə tutulub. Göstərilən bütün tədbirlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!