Azərbaycanda həcc kvotası hələ də dolmayıb - QMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həcc kvotası hələ də dolmayıb - QMİ

Din

02 Mart 2026 10:16 436


Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.

"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çox sayda müraciətini nəzərə alaraq builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti martın 7-dək uzadılıb. Dördpendirli pizza

Vüsal Cahangiri bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.

Xatırladaq ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!