Azərbaycanda hər 6 aydan bir vaksin vurula bilər   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hər 6 aydan bir vaksin vurula bilər - AÇIQLAMA

Sağlamlıq

24 İyul 2021 14:32 1338


“Əhaliyə on illərlə hər 6 aydan bir virus əleyhinə vaksin vurula bilər. Buna hazır olsunlar. Əgər başqa ştammlar da meydana gələrsə, ona uyğun vaksinlər hazırlanacaq. Hər 6 aydan bir bu prossedur tətbiq olunacaq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri həkim-mütəxəssis Vasif İsmayıl, “ARB24”ə müsahibəsi zamanı bildirib.

O, koronavirusun qriplə müqayisədə öldürücülüyünün daha çox olduğunu qeyd edərək, məhs ona qarşı peyvəndin tətbiqinin zəruri olduğunu vurğulayıb: Marqarita pizza

“Əvvəllər zökəm peyvəndi vurdurmaq məcburi deyildi. Amma COVID-19-un peyvəndi məcburi olacaq. İnsanlar indi etiraz edirlər. Onların səyahət imkanları əllərindən alınanda və başqa yerlərə buraxılmayanda məcbur vaksin vurduracaqlar. Xarici ölkələrə getmək istəyəndə peyvəndlənmə haqqında pasport istəyəcəklər, onda hamı məcbur olub vaksin vurduracaq”./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!