Azərbaycanda ilk - Bu avtomobillər ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ilk - Bu avtomobillər ucuzlaşdı

Avto

25 May 2024 16:56 15987


Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. Sezar pizza

Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib.

Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!