Azərbaycanda ilk dəfə məmur özbaşınalığı mövzusunda serial çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ilk dəfə məmur özbaşınalığı mövzusunda serial çəkilir

Mədəniyyət

22 Sentyabr 2020 22:35 1825


Azərbaycan teleməkanında ilk dəfə ictimai və dövlət strukturlarda kök salmış müəyyən neqativ tendensiyalardan bəhs olunan serial yayımlanacaq.

Yenisabah.az xəbər verir ki, "Oscar Film production"un təqdimatında üzərinə tabu qoyulan bir çox mövzular, bu vaxta qədər efirlərdə səslənməyən hadisələr, ictimai və dövlət strukturlarında kök salmış müəyyən neqativ tendensiyalar sosioal satira üslubunda tamaşaçlara təqdim olunacaq.

Tam fərqli, indiyə kimi izləmədiyiniz mövzu və quruluşda çəkilən “İdarə” serialı bu mövsümdə hər kəsi təəccübləndirəcək. Ekran önündə izləyiciləri daim gərgin və həyəcanlı saxlamaqla yanaşı, həm də ciddi gülüşlə düşündürəcək. Pepperoni pizza

Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi İlqar Fəhmi və Jalə Novruz olan serial ARB kanalında 25 sentyabrdan cümə günləri saat 21.00-da efirdə olacaq. /Kulis.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!