Azərbaycanda ilk ödənişli yolun videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ilk ödənişli yolun videosu yayıldı

Avto

18 Dekabr 2020 07:20 3019


Artıq ödənişli yolun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsi üzrə tikinti işləri tamamlanır.

“Yeni Sabah” ATV-yə istinadla xəbər verir ki, bu yoldan istifadə edən sürücülər bir çox üstünlüklər əldə edəcək. Ödənişli avtomobil yolundan istifadə edənlər heç bir yaşayış məntəqəsini görmür. Belə ki, Bakıdan start götürən sürücü Rusiyaya kimi rahat və təhlükəsiz, saatda 120 km/saat sürətlə hərəkət edir.

5 hissə üzrə aparılan tikinti işləri yeni magistralın Şabran rayonunun Qəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən 5-ci hissəyə qədər davam edir. pizza sifarişi

Ödənişli yol haqqı ilə bağlı məsələ hazırda müzakirə olunur. Yolun tikintisi 2021-ci ilin ikinci hissəsində tam yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!