Azərbaycanda internet kəsintiləri ilə bağlı   YENİ QAYDA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda internet kəsintiləri ilə bağlı YENİ QAYDA

Rəqəmsal

08 Aprel 2026 22:23 3665


Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, ölkədə xidmət təchizatçıları (operator və provayderlər) tərəfindən şəbəkə və xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək. Dominos pizza

Həmçinin, internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə internet informasiya resurslarında müvafiq məlumatlar yerləşdiriləcək.

Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!