Son dövrlərdə ölkəmizdə bir xeyli yeni avtomobil yolları salınıb. Həm respublika əhəmiyyətli və həm də rayon-şəhər daxili avtomobil yolları, rayon mərkəzlərini birləşdirən avtomobil yolları xeyli inkişaf edib. Hətta əksər rayonlarda ən uzaq kəndlərə belə səliqəli yollar çəkilib. Eləcə də dəmir yol infrastrukturu yenidən qurulur. Yeni qatarlar xəttə buraxılır.
Görəsən bu yeni yollar, kommunikasiyalar boyunca internet təminatı əlçatandırmı ?
“Yeni Sabah” xəbər verir ki, bu barədə texnologiya üzrə ekspert Osman Gündüz təkliflərini irəli sürüb. Pepperoni pizza
Onun sözlərinə görə, aparılan monitorinqlər və müşahidələr göstərir ki, respublika əhəmiyyətli yollar boyunca, magistrallarda, rayon və şəhərlər arası yeni salınan avtomobil yollarında və ölkədaxili dəmir yol xətləri boyunca keyfiyyətli internet təminatında ciddi problemlər var.
“Xüsusən də, vacib əhəmiyyət kəsb edən, Bakı şəhərini respublikanın bölgələri ilə birləşdirən avtomobil yolları boyunca, son dövrlərdə istifadəyə verilən, rayon mərkəzlərini birləşdirən və rayon-şəhər daxili avtomobil yolları boyunca internet və mobil rabitə təminatında əlçatımlıq yetərli deyil. Bəzi ərazilərdə 4G, bəzi yerlədə, 3G və 2G , bir çox ərazilərdə isə ümumiyyətlə bağlantı tapmaq, şəbəkəyə qoşulmaq mümkün deyil. Əlbəttə, hər bir mobil operator üçün bütün nəqliyyat kommunikasiyaları boyunca infrastruktur yaratmaq böyük investisiyalar tələb edir. Digər tərəfdən də ölkədə aparılan islahatlar, rəqəmsallaşma, regionların və turizmin inkişafı tələb edir ki, keyfiyyətli internet bütün kommunikasiyalar boyunca əlçatan olsun".
Ekspert keyfiyyətli internet üçün atılmalı olan addımları da qeyd edib:
"Düşünürəm ki, ilk öncə NRYTN bütün respublika əhəmiyyətli və yeni salınan avtomobil yolları boyunca və dəmir yolu boyunca monitorinqlər aparmalıdır. Harada 2G, 3G və 4G-nin, ümumiyyətlə şəbəkənin əlçatan olması, müəyyən edilməlidir. Mobil əlaqənin olmadığı ərazilər qeyd olunmalıdır. Bundan sonra telekommunkasiya və mobil operatorlarla birgə bu problemlərin həlli üçün konkret tədbirlər müyyən olunmalıdır.
Məlum olduğu kimi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsi həyata keçirilməyə başlayıb. “AzerTelecom” və “Azərbaycan Dəmir Yolları” QSC arasında mövcud dəmir yolları boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Ümid edirəm, bu layihə çərçivəsində dəmir yolu boyunca keyfiyyətli internetə əlçatımlıq problemi də həllini tapacaq".
Sabrina
Telegram kanalımız