Azərbaycanda “intihar mələyi” dolaşır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “intihar mələyi” dolaşır

Yazar

27 Yanvar 2021 10:03 1921


Hər intihar xəbərini oxuyanda 5-6 il əvvəl intihar edən homoseksual bir gəncin qısa hekayəsini xatırlayıram. Onda yeniyetmə idim, xəbəri də saytlardan birində oxumuşdum. 

Gənc “Boğuluram” adlı qısa hekayə yazmışdı. Orada belə bir cümlə vardı: “Anam mənim homoseksual oğlum yoxdur”,- deyəndə udqundum, o gündən bəri hər udqunanda boğuluram”. 

O gəncin son nəfəsinə qədər neçə dəfə boğulduğunu təxmin edə bilirəm. Çünki mən də hər həyatına, xəyallarına son verən, arxasında buraxdıqları bir tərəfə, özünü problemlərinə peşkəş çəkən, varlığından vaz keçmək gücünə sahib olduğu halda, bu gücü düzgün idarə edə bilməyən insan görəndə boğuluram.  Marqarita pizza

Son üç gündə 5 intihar hadisəsi qeydə alınıb. Onların 3-ü dünən baş verib. Bildiyiniz kimi, intiharda depressiya aparıcı rol oynayır. Hər il intihar səbəbiylə 800 minə yaxın insan ölür, bu da 40 saniyədə bir nəfər deməkdir. Statistikaya nəzər saldıqda intiharı çıxış yolu görənlərin çoxunun kişilər olduğunun şahidi oluruq, halbuki depressiyadan daha çox əziyyət çəkənlər qadınlardır. 

Bilirsiz, əslində, biz bütün ömrümüzü də sərf etsək, heç vaxt bir şəxsi intihara sövq edən səbəbi tam müəyyənləşdirə bilmərik. Çünki onlar seçimləri ilə bizi bundan məhrum edirlər. Bəlkə də indi bir çoxumuz aylardır davam edən işsizlik problemini son intiharların səbəbi hesab edirik. Qadın intiharlarında isə “namus” faktorunu qabağa dığarlayırıq. Yəqin, bu seçimlər bizim beynimizin rahatlıq tapmasına daha çox kömək edir, ona görə də ənənəyə sadiq qalırıq. 

Xarici mənbələrə baxdıqda isə görürük ki, intihar qlobal bir məsələdir və haqlısınız, burada maddi problemlər müəyyən qədər rol oynayır. Belə ki, 2016-cı ildə intiharların 79 faizi aşağı və orta gəlirli ölkələrdə meydana gəlib. Bu ili əsas olaraq göstərməyimin səbəbi intihar faizinin pik həddə məhz həmin dövrdə çatmasıdır. 

Hazırda isə statistik göstəricilərə görə, intiharın ən çox qeydə alındığı ilk beş ölkə Litva, Rusiya, Qayana, Cənubi Koreya və Belarusdur. 

İndi keçirik işin təəccüb doğuran tərəfinə.  Bu ilin göstəricilərində dünyanın ən problemli xalqlarının çoxunda intihar nisbətinin aşağı səviyyədə olduğu ilə rastlaşırıq. Məsələn, Əfqanıstan, İraq və Suriya həmin ölkələrdəndir. Orada intihara üz tutanlar sadəcə əqli problemi olanlar və ölümcül xəstələrdir. Deməli, intiharın səbəbi heç də təkcə maddi problem, müharibə və s. deyil. 

İstədiyi hər şeyə sahib olan insan da intihar edə bilər. Çünki intihar etməmək üçün insan mənalar tapmalıdır. Hər şəxsin sabahı üçün fərqli boyası olmalıdır. Bəzən monotonluq belə insanı intihara sövq edə bilir. Yəni inkişaf edə bilməyəcəyimizi, öyrənəcəyimiz bir şeyin olmadığını və ya öyrənəcəyimiz şeyin bizdə maraq doğurmayacağını dərk edəndə artıq intihara üz tuturuq. Bu mənim yanaşmamdır, sizin doğrunuz fərqli də ola bilər. 

Hər şeyi qoyaq bir tərəfə, bir yazıçı demişdi ki, intihar edənlərə mərasim hazırlamazlar, bu cür intiqamçı Tanrıya sitayiş etməzlər. Amma nə edək, “Gülü ağac olmaq arzusu soldurur, bizi isə Tanrı olmaq iddiası öldürür"(Aqşin Yenisey).

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!