Azərbaycanda iqtisadi artımla bağlı proqnoz azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iqtisadi artımla bağlı proqnoz azaldıldı

İqtisadiyyat

04 Fevral 2026 11:30 477


Bu il Azərbaycanda iqtisadi artımın 2,4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4 % olacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə müvafiq olaraq 2,9 % və 4,3% artım proqnozlaşdırılır. pizza hut

Xatırladaq ki, AMB bundan əvvəl - ötən ilin oktyabr ayında 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 % artacağını proqnozlaşdırmışdı.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!