Azərbaycanda İslamı deputatın əcdadları yayıb? -   Mübahisəli araşdırma

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda İslamı deputatın əcdadları yayıb? - Mübahisəli araşdırma

Sosial

17 Aprel 2026 16:47 3341


Milli Məclisinin mərhum üzvü (1995-2020) Hadi Rəcəblinin genetik köklərinə dair paylaşım sosial şəbəkədə xeyli rəy doğurub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Azərbaycan DNA layihəsi"nin administratoru Osman Xansuvar araşdırma aparıb.

O qeyd edib ki, genetik nəticələrə əsasən, Hadi Rəcəblinin ulu babalarının Azərbaycana İslamın yayılması dövründə gəlmiş ərəb mənşəli sərkərdələrin nəslindəndir. Dominos pizza

Nəticənin məhz "Azərbaycanda İslamı mərhum deputatın əcdadları yayıb" şəklində tanıdılması bir çox "Facebook" istifadəçisinin gülüşünü doğurub.

"Azərbaycan DNA layihəsi"nin administratoru Osman Xansuvar bununla bağlı "Yeni Sabah" bildirib: 

"Bu, DNT nəticələridir və dünyada qəbul olunan elmi göstəricilərə əsaslanır. Bizim qrup ABŞ-nin "FamilyTree" DNA şirkəti ilə əməkdaşlıq edir. Xatırladım ki, ümumiyyətlə, bu sahədə bir neçə həm yerli, həm də beynəlxalq şirkətlər fəaliyyət göstərir və nəticələr müqayisəli şəkildə analiz olunur.

Əsasən Y-DNT ardıcıllığı üzrə aparılan qeydlər xromosom səviyyəsində araşdırılır və müəyyən nəticələr çıxarılır. Bəli, onlara əsasən məlum olub ki, Hadi Rəcəblinin DNA nümunələrində ərəb mənşəli soy xəttinə aid izlərə rast gəlinib. Bu da göstərir ki, mərhum deputatın mənsub olduğu nəsil tarixən ərəb mənşəli olub və sonradan Azərbaycana köç edərək burada məskunlaşıb". 

Aytəkin Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    NƏ OLSUN K. İ ONLARDAN NEÇƏ NƏFƏR HALAL ÇÖRƏK YEYİB?
    29 days ago