Azərbaycanda istirahət mərkəzində faciə: Ölənlər var 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda istirahət mərkəzində faciə: Ölənlər var 

Hadisə

05 Sentyabr 2025 09:22 10068


Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.

“Yeni Sabah” “Nuhçıxan”-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib. Bununla da bədbəxt hadisə nəticəsində 1 ailənin 3 üzvü ölüb. Dominos pizza

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.

Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!