Bakıda itkin düşmüş gənc qız tapılıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə oktyabrın 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü D.Mehtiyeva yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində D.Mehtiyeva tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /report.az
Telegram kanalımız