Azərbaycanda kişi arvadını qorxutmaq üçün güllələdi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi arvadını qorxutmaq üçün güllələdi 

Kriminal

09 Sentyabr 2024 12:45 651


Lerikdə silahlı insident olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb. 

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib. 

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.  pizza

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib. 

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!