Azərbaycanda kişi iflic oldu, 10 saat evdə köməksiz qaldı

Azərbaycanda kişi iflic oldu, 10 saat evdə köməksiz qaldı

Hadisə Veb saytların hazırlanması

08 Sentyabr 2019 19:15 1009


İflic olaraq 10 saat köməksiz vəziyyətdə qalan Mingəçevir sakinin həyatı FHN əməkdaşları tərəfindən xilas edilib.

“Yeni Sabah” “APA”-ya istinadən xəbər verir ki, hadisə rayonun Mehdi Hüseyn küçəsi, bina 20, mənzil 7 ünvanında baş verib. 

Qohumların və qonşuların müraciəti əsasında FHN-in xilasetmə qrupu qapısı bağlı vəziyyətdə olan həmin ünvandakı mənzilə daxil olub. 

1955-ci il təvəllüdlü Məmmədov Ramiz Abdulla oğlunu hərəkətsiz və ağır durumda aşkar edib. İlkin müayinə zamanı məlum olub ki, o, qəfil iflic olduğundan heç kəsə xəbər verə bilməyib. O da məlum olub ki, ev sakini 10 saata yaxın köməksiz vəziyyətdə qalıb. Həyatı xilas edilən Mingəçevir sakini dərhal xəstəxanaya yerləşdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!