Azərbaycanda klub prezidenti axtarışa verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda klub prezidenti axtarışa verildi - FOTO

Kriminal

23 Dekabr 2025 21:12 1580


Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

"Yeni Sabah" xəbər verir ki, “Teleqraf”ın əldə etdiyi özəl məlumata görə, “RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.

Ramin Axundov eyni zamanda, bu işdə adı keçən “Səmayə Co”, “Səmayə Logistic” şirkətlərinim rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır. pizza

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!