Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

Sağlamlıq

14 Mart 2020 12:08 492


Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Yeni Sabah" bildirir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. pizza hut

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!