Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağaldı

Sağlamlıq

18 Mart 2020 10:39 515


Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Yeni Sabah" bildirir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Toyuqlu pizza

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - qərargahdan bildirilib.

Qeyd edək ki, bundan öncə 6 nəfər sağaldığı üçün evə buraxılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!