Azərbaycanda koronavirusa yoluxan 15 nəfər var - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxan 15 nəfər var - Rəsmi

Sağlamlıq

13 Mart 2020 21:26 1249


"Bizim ölkədə virus pandemiya vəziyyətində deyil".

"Yeni Sabah" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: "İndiyə qədər 3 nəfər sağalıb". pizza hut

"Hazırda koronavirusa yoluxan 15 nəfər var", - deyə İbrahim Məmmədov qeyd edib.

İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!