Azərbaycanda koronavirusdan daha 45 nəfər öldü,   yoluxma sayı artdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan daha 45 nəfər öldü, yoluxma sayı artdı - Foto

Sağlamlıq

27 Dekabr 2020 16:39 2004


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43 241 nəfərdir. Sezar pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764, ötən müddət ərzində isə ümumilikdə .2 153 562 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!