Azərbaycanda Lütfi Zadə təqaüdü təsis edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Lütfi Zadə təqaüdü təsis edildi

Sosial

05 Fevral 2019 00:52 1240


ADA Universitetində keçirilən “Akademik Mükəmməlik Günü”ndə yeni təqaüd təsis edilib. Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutundakı ixtisaslar üzrə təhsil alan əlaçı tələbələr bundan sonra Lütfi Zadə adına təqaüd qazana biləcəklər. Bu təqaüd ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təşəbbüsü ilə təsis olunub.

“Yeni Sabah” xəbər verir ki, təqaüd fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin ixtiraçısı Lütfi Zadənin doğum günündə İT və Mühəndislik İnstitutunun yeddi tələbəsinə (Rəşad Nağıyev, Lalə Əsgərova, Anar Mehrəliyev, İsmayıl İsmayılov, Elnur Abdullayev, Fidan Əliyeva və Sevinc Cəfərli) təqdim edilib.

Mərasimi açan İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov sözügedən təqaüdün üstünlüyündən danışıb, bu cür imkanın tələbələri yaradıcılıq axtarışına daha da ruhlandırdığını vurğulayıb. Sezar pizza

Daha sonra Lütfi Zadə adına təqaüdə layiq görülən tələbələrdən biri - İT və Mühəndislik İnstitutunun IV kurs tələbəsi Sevinc Cəfərli böyük alimin dünya elminə töhfələrindən danışıb, bu barədə təqdimatla çıxış edib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrə Lütfi Zadə adına təqaüdü təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!