“Azərbaycanın görkəmli mütəfəkkiri Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi” qəzetinin cəmi 56 sayı işıq üzü görsə də, milli mətbuatımızın təşəkkül tapmasında əvəzsiz rol oynamışdır. Qəzet həmçinin dövrün ziyalılarını ətrafına toplayıb milli ruhla isindirən bir "OCAQ" rolunu oynamış, saçdığı nurla milli təfəkkürümüzün işıqlanmasına çox mühüm töhfələr vermişdir. Əslində, Zərdabinin həyatı millətimizə fədakarlıq və sevgi ilə xidmət etmək nümunəsidir”.
Yenisabah.az xəbər verir ki, buz sözləri tarix elmləri doktoru, professor Əyyub Kərimov deyib.
Qeyd edib ki, maarifçilik ümumdünya mədəniyyəti tarixində keyfiyyətcə yeni bir dövrdür: pizza hut
“Biz də milli-mənəvi həyatımızla bağlı bir çox məsələlərin həllində məhz maarifçilərimizə minnətdarıq. Xüsusən milli mənlik şüurumuzun formalaşdırılması işinə Azərbaycan maarifçilərinin verdiyi töhfələr misilsizdir. Fikrimcə "AZƏRBAYCAN MAARİFÇİLƏRİ BAĞI"nın salınması (və ya mövcud olanlardan birinə onların adının verilməsi. Məsələn, Mətbuat prospektindən “Lider” televiziyasına gedən yolun solunda salınmış böyük parkı bu məqsəd üçün seçmək olar), bağda maarifçilərimizin heykəllərinin qoyulması və onların həyat və faliyyəti haqqında bu məqsədlə düzəldilmiş xüsusi lövhələrdə qısa da olsa məlumat yerləşdirilməsi həm vətənpərvərlik, mili- mənəvi dəyərlərimizin təbliği baxımından həm də, görkəmli şəxsiyyətlərimizin ruhuna hörmət və ehtiram baxımından şərəfli bir iş olardı”.
Telegram kanalımız