Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə avtomobilin içərisində olan Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Adil Vəli oğlu və rayonun Suluçeşmə kənd sakini, 1972-ci il təvəllüdlü Quliyev Mehman Tehranxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. pizza sifarişi
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız