“Azərbaycan hökuməti ölkədə avtomobil yığmaq sevdasına düşəndə dəfələrlə xəbərdarlıq etmişdik ki, bu addım ölkədən valyuta çıxışını ciddi artıracaq, büdcəyə üç qat ziyan vuracaq”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O, bildirib ki, əvvəl büdcədən pul ayırıb maşınyığan sex tikib adlnı zavod qoydular, sonra yığılan avromobilləri büdcədən pul ayırıb dövlət qurumlarına aldılar və nəhayət zavoda daxil olan büdcə puluna dollar alıb İrana verdilər.
N. Cəfərli qeyd edib ki, rəsmi məlumata görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 230,637 mln. dollar təşkil edib: “Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 162,235 mln. dollar və ya 3,4 dəfə çoxdur. Azərbaycanın İranla ticarət dövriyyəsindəkı həcmin 11,007 mln. dolları ixracın, 219,631 mln. dolları isə idxalın payına düşüb. Nəticədə Cənub qonşumuzla ticarət dövriyyəsində 208,624 mln. dollar mənfi saldo yaranıb ki, bu da daha əvvəlki ilin ilk rübü ilə müqayisədə 152,404 mln. dollar və ya 3,7 dəfə çoxdur. Dominos pizza
Yəni, ancaq təkərinin havası yerli olan Neftçala avtomobilləri ölkədən, daha döğrusu büdcədən (maşınların alıcısı hökumət qurumlarıdır), təqribən, 250 mln. manatı alıb, dollara çevirib İrana verib. Bunların maşın "istehsalı" da multfilmdir, ixracları da - 3 aya İrana cəmi 11 mln dollarlıq, yəni aya 3,6 mln. dollar mal satılıb. Türkiyədə babat mebel sexi olan, öz malını doğrudan da özü istehsal edın Baheddin Abi ayda İrana Azərbaycan boyda məmləkətin bu ölkəyə toplam ixracının dəyəri qədər mal satır”.
Telegram kanalımız