Ağsu rayonunda ağır yol qəzası baş verib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı-Ağsu-İsmayıllı avtomobil yolunun Ağsu çayı üzərindən keçən körpüdə qeydə alınıb.
Belə ki, "Ford" markalı minik maşını idarəetmədən çıxaraq Ağsu çayına düşüb. Nəticədə avtomobildə olan 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız