Azərbaycanda maşınların qiyməti kəskin artdı: Səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maşınların qiyməti kəskin artdı: Səbəb nədir?

Avto

06 Yanvar 2024 14:02 25043


Qırmızı dənizdən daşımaların azalması konteyner qiymətlərinin artmasına səbəb olub.

Belə ki, Asiyadan Şimali Avropaya gedən 40 metrlik yük konteynerinin spot qiyməti 173 faiz artımla 4 min dolları keçib.

Qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. Sezar pizza

Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri isə 5 min 175 dollara qədər yüksəlib.

Maraqlıdır ki, Qırmızı dənizdən daşımaların Azərbaycan maşın bazarına təsiri var? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya bildirib ki, istənilən halda daşımaların xərci artdıqca sahibkar, fiziki və yaxud hüququ şəxs qiymət artımına gedir:

"Bu artımlar hər səfərə görə bölünür. Neçə maşın gətirilirsə, artımı ümumi bölgü kimi həmin maşınların üzərinə tətbiq edirlər. Məsələn, sahibkar bir dəfəyə 15-20 maşın gətirirsə, təxminən 100-200 dollar artıma gedir. Bu artım da təbiidir. Sözsüz ki, Qırmızı dənizdən daşımaların da Azərbaycan maşın bazarına təsiri ola bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sahib
    40 metrlik konteyner olmur.40 ton və ya 40 kub metr olur.
    2 years ago
  • Amil
    Xəbər başlığı ilə xəbərin özü arasında heç bir əlaqə tapmadım. Kəskin bahalaşma bəs hanı nə danışdız heç özünüzdə bilmirsiz. Hayıf sərf etdiyim vaxta
    2 years ago